Türkiyəyə ianə köçürmələrindən vergi və komissiya tutulmur

Unibank KB Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və bütün türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

Bank, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur. Bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi,  istərsə də də fiziki şəxslər Unibank filiallarına yaxınlaşaraq, ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.

Eyni zamanda UBank vasitəsilə AFAD-ın hesabına birbaşa kart köçürmələrini də ƏDV tututlmadan və komissiya haqqı ödənilmədən həyata keçirmək mümkündür.

Əlaqədar məqalələr
City Life

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA Azərbaycanda ilk dəfə!
►►►
City Life

“Sağlam Torpaq – Sağlam Həyat”

Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı…
►►►
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►