ABB 1 milyon manat ianə etdi

ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 1 milyon manat ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu addımın Bankın korporativ sosial məsuliyyətinə uyğun atıldığını bildirib: “Dövlətimizin və vətəndaşlarımızın dəstəyinə qoşularaq ABB də bu çətin məqamda qardaş Türkiyəyə kömək göstərməyə çalışır. Faciə ilə bağlı Türkiyə xalqına başsağlığı verir, zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik”. 

Qeyd edək ki, Bankın ABB Mobile tətbiqi istifadəçilərinin də tətbiq üzərindən yardımları davam etməkdədir. Vəsaitlər AFAD-ın hesabına köçürülür. Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları  vasitəsilə də köçürmək mümkündür. ABB Mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►