M.Ə. Rəsulzadə haqqında çəkilən film beynəlxalq mükafat aldı

Məhəmməd Əmin Rəsulzada haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli film beynəlxalq festivalda qalib olub.

Məlumata görə, ekran işi Amsterdamda keçirilən “Amsterdam World İnternational Film Festival”da “Ən yaxşı sənədli film” nominasiyası üzrə mükafata layiq görülüb.

Festivalda ABŞ, Böyük Britaniya, Çin, İsveçrə, Portuqaliya, Koreya, Rusiya və digər ölkələr iştirak edib.

Xatırladaq ki, sözügedən film “Yüz ilin sirləri” layihəsi çərçivəsində hazırlanıb.

Layihə müəllifi Hüseyn Cavadzadənin sözlərinə görə, hazırda “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanan “Ən səmimi sevgi ilə” sənədli filminin mart ayında Türkiyə, aprel ayında Avropanın bir neçə ölkəsində, may ayında isə ABŞ-də geniş kütləyə təqdim olunması planlaşdırılır.

Əlaqədar məqalələr
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►