Park Cinema-da “Evdə Qalmış” filminin imza günü keçirildi

21 fevral Park Bulvar-da yerləşən Park Cinema kinoteatrında “Evdə qalmış” filminin imza günü keçirildi.

Tədbirdə filmin rejissoru Valeh Əhmədov, baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, aktyorlar Şəhriyar Əbilov, Sanura Cəfərova, Kənan Yusifov, Nigar Əhmədova və Elçin Məmmədli iştirak edib. Onlar izləyicilərlə görüşüb filmi müzakirə etdikdən sonra, birlikdə ekran işini izləyiblər. Qeyd edək ki, filmin növbəti imza günü 28 fevral tarixində Metro Park AVM-də keçiriləcək.
Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.

Bilet əldə etmək istəyənlər Park Cinema kassalarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər.

Əlaqədar məqalələr
City Life

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək

Bakıda  “Avropada Təhsil” sərgisi keçiriləcək Avropa İttifaqının (Aİ)…
►►►
City Life

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz....

Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq Gününü qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi “Gandhi Jayanti” və Beynəlxalq Qeyri-Zorakılıq…
►►►