Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də “Bakı KOB evi”ndə 8 mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”ndə xidmət göstərən dövlət və özəl qurumların qadın əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qadınları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Qeyd olunub ki, Azərbaycanda qadınların ictimai fəallığının təşkilinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin  dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qadınlar hazırda cəmiyyətin bütün sferalarında, o cümlədən KOBİA-da uğurla fəaliyyət göstərirlər. Qadınların sahibkarlıq sahəsində də fəaliyyəti genişlənir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan-Belarus biznes forumu keçirilib

Azərbaycan-Belarus biznes forumu keçirilib Tədbirdə Azərbaycan və Belarus arasında…
►►►
İqtisadiyyat / Biznes

AZPROMO “Rebuild Karabakh” sərgisində iştirak edir

AZPROMO “Rebuild Karabakh” sərgisində iştirak edir Stenddə yerli məhsullar, ölkəmizin…
►►►
İqtisadiyyat / Biznes

AccessBank Naxçıvanda Access2Success layihəsini reallaşdırdı

AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini…
►►►