Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2023-2024-cü illər üçün  

MÜSABİQƏ ELAN EDİR

Mövzu: “İqtisadi kooperasiya”, “Sənaye 4.0”, “Yaşıl iqtisadiyyat” və “Ağıllı kənd təsərrüfatı”

Proqramın dili: İngilis dili

Proqramın strukturu:

– Təlim mərhələsi: 6 həftə, onlayn təlim; 

– Almaniyada təcrübə: 2 həftə;

– Praktiki icra mərhələsi: 5 ay;

– Şəbəkələşmə tədbiri: 2 gün.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu” yazmaqla) göndərmələri xahiş olunur:

– Müraciət forması (Application Form);

– Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;

 Əlavə məlumatı aşağıdakı linklərdən əldə etmək olar:

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, training@smb.gov.az

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir

Ölkədaxili nağdsız əməliyyatların həcmində artım davam edir 2025-ci ilin iyul ayının…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım

Kapital Bank-dan kiberdələduzluqla mübarizədə növbəti addım: zəng edənin bank əməkdaşı…
►►►
İqtisadiyyat / Biznes

Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli!

Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli! Yelo Bank müştərilərinə…
►►►