Tekstil fabrikKOBİA nümayəndələri tekstil fabrikinin fəaliyyəti ilə tanışlıq olubinin fəaliyyəti ilə tanışlıq olub

KOBİA nümayəndələri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Sumqayıt şəhərində yerləşən “Alyans Tekstil” MMC-yə məxsus tekstil fabrikində olublar. İstehsal fəaliyyəti ilə tanışlıq çərçivəsində fabrikin rəhbəri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb, KOBİA-nın KOB-lara dəstək mexanizmləri və tədbirləri barədə məlumat verilib.

Qeyd edək ki, fabrikdə gündə 300-350 ədəd işçi geyimləri istehsal olunur. Yaponiya və Almaniya istehsallı avadanlıqlara malik olan müəssisədə yerli və Türkiyə mənşəli xammaldan istifadə edilir. Fabrikdə Sumqayıt və Bakı şəhərlərindən olan 200-ə yaxın işçi çalışır. Müəssisə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işsiz şəxsləri peşə təlimlərinə cəlb edir və kursu uğurla bitirənləri işlə təmin edir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►