“İnnovasiyalar Mərkəzi” AWITA2023 tədbirinin tərəfdaşıdır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin tərəfdaşlığı ilə “Femmes digitales” İctimai Birliyinin “Azərbaycan Qadınları İT-də Mükafatlandırılması 2023 (AWITA)” tədbiri ilə keçiriləcək. Tədbirdə  texnologiyalar sahəsində istedad və bacarıqları ilə fərqlənən qadınlar mükafatlandırılacaqlar.

Qaliblər 6 mart – 10 aprel 2023-cü il tarixində texnologiya sahəsində 11 kateqoriya üzrə müxtəlif nominasiyalara müraciət etmiş qadınlar arasından seçiləcək. Müraciət linki: https://femmesdigitales.az/az/awita/nominasiya/

Hər kateqoriya üzrə 1 nəfər yekun qalib münsiflər heyəti tərəfindən gizli səsvermə yolu ilə seçilərək 12 may 2023 cü il tarixində baş tutacaq AWITA 2023 Qala mərasimində elan ediləcəkdir.
Azərbaycan Qadınları İT-də Mükafatlandırılması (AWITA) tədbiri qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək, bu sahədə fəaliyyət göstərən uğurlu qadınları tanıtmaq və texnologiya sahəsindəkə gələcək nəsil mütəxəssislərini ruhlandırmaq məqsədilə keçirilir.

“İnnovasiyalar Mərkəzi” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması istiqamətində sosial innovasiya xarakterli layihələrin, startap və innovasiya sahəsində baş tutan tədbirlərin keçirilməsinə dəstək göstərir, həmçinin  gənclərin gələcək inkişafı, onların bu sahədə dəyərləndirilməsi, innovativ düşüncə və biliklərin qazanılması, ideyalar bazasının formalaşdırılması və innovasiya potensialının gücləndirilməsi istiqamətində sosial innovasiya xarakterli tədbir və layihələr reallaşdırılır.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Bacarırsansa, tut məni

Bacarırsansa, tut məni: Kaspersky gizli şifrələmə funskiyalarına malik fidyə proqramı…
►►►
Elm / Texnologiya

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək Azərbaycanda…
►►►
Elm / Texnologiya

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib

Kaspersky “Sinergia II” əməliyyatı çərçivəsində INTERPOL-a yardım edib Əməliyyat…
►►►