“AzInTelecom” MMC ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalandı

Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru İlham Bayramov imzalayıb.

Tərəflər memorandumla razılaşdırıb ki, texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma üzrə informasiya təhlükəsizliyi, qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal texnologiyaların inkişafı üzrə birgə layihələr həyata keçirəcəklər.

Həmçinin keyfiyyət infrastrukturu çərçivəsində işlərin təşkili, təkmilləşdirilməsi və bu sahədə ehtiyac ola biləcək digər istiqamətlər üzrə birlikdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda yerləşən “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərinə cavab verən Data mərkəzlərinə sahibdir.

Şirkətə məxsus Data mərkəzləri vasitəsilə dövlət və özəl sektora “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Fövqəladə vəziyyətlərdə məlumatların qorunması – DRaaS”, “Microsoft” məhsulları, “Oracle” məhsulları və “Virtual İP Telefoniya” kimi genişmiqyaslı və çoxşaxəli bulud xidmətləri təqdim edilir.

“Azərbaycan Standartlaşma İnstitutu” PHŞ standartların hazırlanması, qəbulu və ləğv edilməsi, normativ sənədlərin Dövlət Fondunun idarə edilməsi, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsi istiqamətində fəaliyyət göstərir. AZSTAND 2017-ci ildən ISO-nun tamhüquqlu üzvüdür.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Ehtiyat igidin yaraşığıdır

Ehtiyat igidin yaraşığıdır: 84% istifadəçi məlumatların ehtiyat nüsxəsini elektron…
►►►
Elm / Texnologiya

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın qaydaları

Kaspersky: Azərbaycanda uşaqları onlayn oyunlarda kibertəhlükələrdən qorumağın…
►►►
Elm / Texnologiya

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib

Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib Şirkət…
►►►