AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İlin əvvəlindən aktiv filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə əlçatan maliyyə xidmətlərinin təklif edilməsi siyasətini həyata keçirən AccessBank, bu gün əsaslı təmirdən sonra “20 yanvar” filialını müştərilərin xidmətinə təhvil verdi. Yeni konsepsiya…
Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir. Bu məqsədlə Yelo Bank AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta (BFI) Komitəsinin təşkilatçılığı ilə ESG mövzusuna həsr olunmuş tədbirə ev sahibliyi etdi. “Dayanıqlı Maliyyə: ESG…
Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı
Xəbər verdiyimiz kimi Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində 2-ci tranşı premium bazar seqmentində listinqə daxil edilmişdi. 27 iyun 2024-cü il tarixində sözügedən istiqrazların Bakı Fond…
Monteneqro-Azərbaycan biznes forumu keçirilib
Tədbirdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş…
ABB-dən Bolt sürücülərinə özəl Visa kartı
ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı “Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.
Həm debet, həm kredit funksiyasını…
Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur
Bu ilin ikinci yarısında Meksika Birləşmiş Ştatlarında bir sıra tədbirlərin, o cümlədən ticarət sərgilərinin keçirilməsi planlaşdırılır.
Tədbirlərin siyahısı ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.
Sərgilərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları…
Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib
28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.
Belə ki, AccessBank kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin…
Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib
“Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində biznes nümayəndələri Ağdam Sənaye Parkında olublar.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq”…
Maliyyə Nazirliyinin 364 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
2 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil…
Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür
Azərbaycanda fəaliyyət göstərən sahibkarların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir.
BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. 2017-ci ildən etibarən qeyd olunan bu günün məqsədi mikro…





