Ötən il 391,2 milyon manat dəyərində mebel istehsal edilib
2024-cü ilin yanvar-dekabr ayları ərzində ölkədə 391,2 milyon manat dəyərində mebel istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, bir il öncəki göstəricini 45,9 faiz üstələyir.
Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 57,2 faiz artım qeydə…
Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb
Azərbaycanda ilk dəfə olaraq müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin ixracı həyata keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. Müxtəlif…
“AzerGold” QSC Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib
“AzerGold” QSC tərəfindən əsrarəngiz memarlıq abidələri ilə qədimliklə müasirliyin möhtəşəm harmoniya yaratdığı paytaxt Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edilib.
“Bakı” adlı unikal sikkə paytaxtımızın tarixi əhəmiyyətini, doğma şəhərimizin zəngin…
Pambıq lifinin ixracı 2 dəfəyədək artıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 168,9 milyon dollar dəyərində 112,6 min tona yaxın pambıq lifi ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmində 1,8 dəfə, satılan məhsulun dəyərində isə 1,5 dəfə…
Qurudulmuş meyvə ixracından əldə olunmuş gəlir açıqlanıb
Bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1 597,3 ton qurudulmuş meyvə ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hesabat dövründə qurudulmuş meyvə ixracından əldə olunan vəsait 5 137,2 min dollar…
Gədəbəydə “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib
Gədəbəy rayonunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “R.V. Investment Group Services, LLC ABŞ” şirkətinin prezidenti Reza Vəziri, eləcə də hər iki şirkət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş…
Sürtkü yağlarının istehsalında müsbət dinamika qeydə alınıb
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 56,3 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 13,3 faiz və ya 6,6 min ton üstələyir.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində…
Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib
Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər…
“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirib.
“AzerGold” QSC-nin sikkə və külçə kolleksiyalarına tələbat artıb
“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.
Belə ki, cari ilin ilk 9 ayı ərzində QSC-nin rəsmi satış və mübadilə mərkəzində 2 582 unsiya qızıl sikkə və külçənin pərakəndə…