Türkiyə ev qiymətlərinin artmasının tempinə görə dünya lideri oldu

Türkiyənin NTV kanalı Britaniyanın “Knight Frank” daşınmaz əmlak konsaltinq şirkətinin araşdırmasının məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə dünyada ev qiymətlərinin ən yüksək artım tempi Türkiyədə qeydə alınıb. Artım illik ifadədə 132.8% təşkil edib. Qiymətlər ən çox Ankara, İzmir və İstanbul kimi şəhərlərdə artıb.

Fevral ayında ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra Türkiyədə mənzil qiymətlərində kəskin artım qeydə alınıb.

Türkiyəni reytinqdə ev qiymətləri 18.8% bahalaşan Şimali Makedoniya izləyir. Üçüncü yeri 16.6% artımla Xorvatiya tutub. Xorvatiyanı 15.3% artımla Litva izləyir.

Araşdırmaya görə, Yunanıstan və Bolqarıstanda ev qiymətləri müvafiq olaraq 14.5% və 9.5% artıb. Yaponiya 6.8%, Fransa 2.7%, ABŞ isə 0.7% artıb.

“İndeks şəhərlərdə qiymətlərin dəyişməsini də təhlil edir. Siyahıya Türkiyənin üç ən böyük şəhəri başçılıq edir: Ankarada qiymət artımı 135.3% təşkil edib. Ankaranı İzmir – 133% ilə və İstanbul – 127.3% ilə izləyirlər”, – NTV bildirib.

Əlaqədar məqalələr
Tikinti

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak…
►►►
Tikinti

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar “Bəzən tikinti…
►►►
Tikinti

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək Azərbaycanda…
►►►