Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında ölkədə 493,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 10,7 faiz və ya 47,8 min kubmetr artıb.
Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 10,8 min kubmetr təşkil edib.








