Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəliş tarixi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ilk dəfə dövlət başçısı seçilməsinin 22 ili tamam olur. Ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursu nəticəsində Azərbaycan regionun aparıcı iqtisadi və infrastruktur mərkəzinə çevrilib.

Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə ölkəmiz postsovet məkanında ərazi bütövlüyünü tam bərpa etmiş ilk dövlət kimi tarixə düşüb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan bu tarixi Qələbə Azərbaycanın dövlətçiliyini möhkəmləndirərək, milli iqtisadiyyatın, xüsusilə də tikinti və şəhərsalma sektorunun inkişafına yeni mərhələ açıb.

Son iki onillik ərzində Azərbaycanda aparılan genişmiqyaslı tikinti və abadlıq işləri nəticəsində paytaxt Bakı və regionlar tanınmaz dərəcədə dəyişib. Yüzlərlə körpü, avtomobil yolu, sənaye parkı, liman, enerji və su infrastrukturu obyektləri, eləcə də yeni şəhər və qəsəbələr inşa edilib.

Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı azad edilmiş ərazilərdə müasir şəhərsalma modelinin tətbiqi baxımından dünya miqyasında nümunəvi təcrübə hesab olunur. Füzuli, Zəngilan, Laçın və Cəbrayılda salınan “ağıllı şəhərlər” və “yaşıl enerji zonaları” Azərbaycanın dayanıqlı tikinti strategiyasının reallaşmasının bariz göstəricisidir.

İlham Əliyev cənablarının prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara çatıb. Bu illər ərzində tikinti sektoruna yönəldilən dövlət və özəl sərmayələrin həcmi yüz milyardlarla manata çataraq, on minlərlə mühəndis, memar və inşaatçı üçün məşğulluq imkanları yaradıb.

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının apardığı təhlillər əsasında əminliklə deyə bilərik ki, ölkədə aparılan tikinti fəaliyyəti artıq beynəlxalq standartlara uyğunlaşır və bu istiqamətdə böyük nailiyyətlər əldə edilir. Bu, möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların praktiki nəticəsidir.

Yeni dövrdə Azərbaycanın tikinti sənayesi rəqəmsallaşma, enerji səmərəliliyi və yaşıl memarlıq prinsipləri üzərində qurulacaq. “Azərbaycan 2030” milli prioritetləri çərçivəsində qəbul edilən yeni normativlər infrastruktur layihələrinin ekoloji və texnoloji baxımdan dayanıqlılığını təmin edir.

Bununla yanaşı, rəqabətli investisiya mühiti, açıq tender mexanizmləri və gizli iqtisadiyyatın azaldılması istiqamətində atılan addımlar tikinti sektorunun şəffaflığını daha da artırır.

Müzəffər Ali baş komandan , möhyərəm Prezident İlham Əliyev cənablarının 22 illik nümunəvi liderliyi dövründə Azərbaycan təkcə regionun siyasi və hərbi gücü kimi deyil, həm də modern şəhərsalma və tikinti sənayesinin lideri kimi tanınıb. Bu gün Azərbaycan brendi artıq keyfiyyət, dayanıqlılıq və innovasiyanın sinoniminə çevrilib.

Azərbaycanın tikinti sektorunun bu uğurları Prezident İlham Əliyev cənablarının dövlətçilik fəlsəfəsində dayanan əsas prinsipin – “Güclü dövlət, rifah içində vətəndaş” ideyasının real təcəssümüdür.

ATİA -idarə heyətinin sədri

Əlaqədar məqalələr
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►
Tikinti

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi…
►►►
Tikinti

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur Füzuli şəhərinin…
►►►