Azərbaycan sementin istehsal və ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 3 075,1 min ton həcmində sement istehsal edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 2,9 faiz və ya 87,4 min ton üstələyir.

Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 6,1 faiz və ya 19,6 min ton artım qeydə alınıb. Oktyabr ayında 341,2 min ton sement istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 63 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 10 ayında ölkədən 40,7 milyon ABŞ dolları dəyərində 712,4 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 50,5 faiz və ya 13,67 milyon dollar, həcm baxımından isə 23,7 faiz və ya 136,39 min ton çoxdur.

2023-cü ilin ilk 10 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,5 faizə bərabər olub.

Əlaqədar məqalələr
Tikinti

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib

“Bakı Mərmər Qranit” MMC özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak…
►►►
Tikinti

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar

Fərdi yaşayış evi tikilməmişdən öncə diqqət edilməli məqamlar “Bəzən tikinti…
►►►
Tikinti

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə termoizolyasiya lövhələri ixrac edəcək Azərbaycanda…
►►►