Meqa star Tarkan Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

25 noyabr Türkiyənin məşhur müğənisi , Meqa star Tarkan “Baku Crystall Hall”da sevənləri qarşısında konsert proqramı ilə çıxış edib. Bundan öncə “İticket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlaşdırıb.

Qeyd edək ki, bu, 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo konsertidir. Meqastarın  konsertinə 18 mindən çox bilet satılıb.Bu ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir. 30 nəfərlik komanda ilə Bakıya gələn tanınmış sənətçi konsertə “Yolla” mahnısı ilə başlayıb.  Konsertdə Tarkanın sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi ən  hit mahnıları səslənib. Onların arasında –  “Dudu”, “Kuzu-kuzu”, “Yap bi güzellik”,  “Beni çok sev”, “Kedi gibi”, “Şımarık”, “Çok ağladım”, “Öp”, “Adımı kalbine yaz”, “Hepsi senin”, “İşim olmaz”, “Verme”, “Bekle” və s.

Meqa starın  pərəstişkarları Tarkanın bütün ifalarını onunla birlikdə ifa edib. Konsert böyük anşlaqla keçib və hamınin zövgünə oxşayıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►