Unibankın dəstəyilə uşaqlar üçün bayram tədbiri keçirilib

Unibank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə dəstək olub. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində uşaqlar üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.

Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilmədiklərini və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş etmək olub.

Tədbir zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş etdirilib, müxtəlif təlimlər keçirilib. Animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları çox sevindirib.

Tədbirin sonunda sponsorların hədiyyələri uşaqlara təqdim edilib.

Əlaqədar məqalələr
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►
City Life

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci Bu il Novruzun gəlişi və müqəddəs…
►►►