Xəzər İnşaat Həftəsinə 1 gün qaldı

Regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi iştirakçı və ziyarətçilər üçün sabah qapılarını açacaq.

15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaqdır. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir.

Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğdaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.  

“BakuBuild” sərgisinin qızıl sponsoru “NB Group” (Corella brendi) şirkətidir. İnşaat, tikinti materialları, interyer, keramika və üz daşı, döşəmələr və s. kimi sahələrdə ixtisaslaşmış olan “NB Group” şirkəti, Xəzər İnşaat Həftəsinin ənənəvi iştirakçısıdır və artıq illərdir bu tədbirin sponsoru qismində çıxış edir.

Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 370-dən artıq şirkət yer almaqdadır.  

Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.  Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah” Sığorta, “Hyatt Regency Baku”, “Ibis Baku City”, “Radisson Hotel Baku”, “Gloria Flowers” və “Greenwich Travel Club” şirkətləri çıxış edir.

Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.azwww.bakubuild.azwww.aquatherm.az və www.roadtraffic.az

Əlaqədar məqalələr
Tikinti

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında Beynəlxalq Memarlıq…
►►►
Tikinti

AZPROMO "Rebuild Karabakh" sərgisində təmsil olunur

AZPROMO “Rebuild Karabakh” sərgisində təmsil olunur Stenddə Azərbaycanın biznes…
►►►
Tikinti

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq…
►►►