Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında

Beynəlxalq Memarlıq Festivalı – WAF memarlıq dünyasının “Oskarı” hesab olunur və ilin ən böyük beynəlxalq memarlıq tədbirlərindən biridir. 2008-ci ildən etibarən keçirilən festival 60-dan çox ölkədən memarlar, material təchizatçıları və müştərilər üçün əsas görüş yerinə çevrilib. 2024-cü ilin nominasiyaları və qran-pri kateqoriyası üzrə qaliblər noyabrın əvvəlində Sinqapurda elan olunacaq.

#WAF24 nominantları arasında mühüm və möhtəşəm memarlıq konsepsiyaları yer alır. Festival iştirakçıları dünya şəhərlərini dəyişdirmək üçün unikal həllər təqdim edirlər. Sea Breeze “Master Planning” nominasiyası üzrə namizəddir. Layihə memarlıq və dizayn sahəsində dünya lideri olan və Sea Breeze ərazisində memarlıq konsepsiyalarını reallaşdıran “Scott Brownrigg” memarlıq bürosu tərəfindən təmsil olunur.

Sea Breeze ideyası #WAF24 meyarlarına bütünlükdə cavab verir: Xəzər dənizinin sahilində, rahat həyat üçün hər bir detalın düşünüldüyü gələcəyin şəhəri. İnfrastruktur obyektlərindən ekperimental yeniliklərə qədər – Sea Breeze tezliklə dünyanın ən yaxşı turizm məkanlarından birinə çevriləcək.

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►