Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur

Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə icra olunur. Layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, küçələr boyu şəhərin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

İşlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, II mərhələ üzrə Füzuli şəhərinin daxili yollarının tikintisi 30 faizi yerinə yetirilib.

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►