Diqqət, saxtakarlıq: “X” sosial şəbəkəsində “DeepSeek”-i təqlid edən zərərli proqram yayılır
Kaspersky ekspertləri eyni anda bir neçə aktiv kampaniya aşkar ediblər ki, onlar “DeepSeek” saytının dizaynına bənzər, həmçinin ayrılıqda “Grok” neyron şəbəkəsinin təqlid edən səhifə qrupları üzərindən kompyuterlərə zərərli proqramların yayılmasını təmin edir. Söhbət əvvəllər məlum olmayan stilerdən (oğurluq proqramı), zərərli “PowerShell” skriptlərindən və arxa qapı (backdoor) hücumlarından gedir. Saxta resurslara keçidlər, o cümlədən “X” (keçmiş “Twitter”) sosial şəbəkəsinə yerləşdirilib. Müxtəlif ölkələrdən istifadəçilər bu hücumların qurbanına çevrilə bilərlər.

Birinci qrup saytlar və yeni stiler. Əvvəlcə domen adlarında “DeepSeek V3” və “R1” modellərinin versiyaları istifadə olunurdu. Saxta resurslarda “çatı başlat” seçimi yox idi, yalnız “Windows” üçün müştəri proqramının arxivini yükləmək imkanı verilirdi. Lakin bəyan edilən proqram əvəzinə istifadəçinin kompüterinə əvvəllər məlum olmayan stiler yüklənirdi. Bu zərərli proqram vasitəsilə təcavüzkarlar yoluxmuş cihazdakı istifadəçi məlumatlarına — brauzerlərdə saxlanılan kuki fayllarına və sessiyalara, e-poçt hesablarının login və şifrələrinə, oyun və digər xidmətlərdəki hesablarına, müəyyən proqram əlavələrinə malik fayllara, həmçinin kriptovalyuta cüzdanları haqqında informasiyalara çıxış əldə edə bilirlər. Daha sonra onlar “DeepSeek” tələsini “Grok” ilə əvəz ediblər, lakin istifadə olunan sxem və zərərli proqram dəyişməz qalıb.
İkinci qrup saytlar və zərərli skript.
Digər saxta resurslar geofensinq üsulundan istifadə edirdi: məsələn, əgər sorğu Rusiya IP ünvanlarından göndərilirdisə, istifadəçiyə boş keçid səhifəsi göstərilirdi. Lakin əgər IP Avropaya məxsus idisə, server “DeepSeek” təqlid edən səhifəni açırdı. Bu səhifədə neyron şəbəkəsinin müştəri proqramını yükləmək və ya çatbotu işə salmaq təklif edilirdi. İstifadəçi bu əməliyyatlardan birini yerinə yetirdikdə zərərli quraşdırıcı yüklənir və nəticədə yükləmə zənciri vasitəsilə “PowerShell” skripti icra olunurdu. Bu skript kibercinayətkarlara qurbanın kompüterinə qoşulmaq imkanı verirdi.
Üçüncü qrup saytlar və arxa qapı (backdoor).
Seçilmiş resurslara edilən hücumların mexanikası daha təcrübəli istifadəçilərə yönəlirdi. Yüklənən zərərli proqram “Ollama” adı altında gizlədilmişdi — bu, “DeepSeek” kimi böyük dil modellərini yerli kompüterlərdə işə salmaq üçün nəzərdə tutulmuş çərçivədir. Lakin real alətlərin əvəzinə istifadəçilərin cihazlarına arxa qapı alqoritm xətası yüklənirdi və “DeepSeek” müştəri tətbiqi işə salındıqda aktivləşir, nəticədə təcavüzkarlara qurbanın kompüterinə uzaqdan giriş imkanı verirdi.
“Aşkar edilmiş kampaniyalarda təkcə ‘DeepSeek’ müştərisi adı altında maskalanan zərərli proqramlar deyil, həm də saxta saytların yayılma vektoru maraqlıdır. Məsələn, zərərli resurslardan birinə keçid ‘X’ sosial şəbəkəsində (keçmiş Twitter) paylaşılıb. Bu paylaşım guya Avstraliya şirkətinə məxsus bir hesab tərəfindən edilib. Zərərli keçidə sahib olan bu paylaşım 1,2 milyon baxış və yüzdən dəfədən çox yenidən paylaşılıb. Lakin görünür ki, yenidən paylaşımların əksəriyyəti botlar tərəfindən edilib. Təcavüzkarlar mümkün qədər çox qurbana çatmaq üçün taypskvotinq (domen adlarının oxşar versiyalarını qeydiyyatdan keçirməklə istifadəçiləri aldadaraq saxta saytlara yönləndirmək) və ya saxta səhifələrə reklam keçidləri almaq təklifi kimi üsullardan istifadə edə bilərlər. Bundan əlavə, onlar tərəfdaş proqramlar vasitəsilə reklam tranzaksiyaları həyata keçirə və ya messencerlərdə zərərli keçidləri paylaşa bilərlər”, — deyə Kaspersky-nin maşın öyrənmə texnologiyalarının tədqiqat və inkişaf qrupunun rəhbəri Vladislav Tuşkanov bildirib.
“Süni intellekt texnologiyalarının inkişafı ilə fırıldaqçılar istifadəçiləri aldatmaq üçün yeni alətlər əldə edirlər. Onlar, xüsusilə, insanların neyron şəbəkələrə olan böyük marağından yararlanmağa çalışırlar. Qorunmaq üçün ayıq-sayıq qalmaq, tənqidi düşüncəni inkişaf etdirmək və informasiya mənbələrini yoxlamaq vacibdir”, — deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.
Kaspersky-nin həlləri istifadəçiləri aşkar edilmiş kampaniyalarda rast gəlinən zərərli proqramlardan qoruyur.
Ətraflı məlumat Securelist.ru saytında mövcuddür: https://securelist.ru/backdoors-and-stealers-prey-on-deepseek-and-grok/111989/
Kibertəhlükələrdən qorunmaq üçün mütəxəssislər tövsiyə edirlər:
- Ziyarət edilən saytların ünvanlarını və təklif olunan xidmətləri diqqətlə yoxlayın. Məsələn, “DeepSeek”in “Windows” üçün rəsmi müştəri proqramının olmadığını xatırlayın.
- Şübhəli yazışmalar və sosial şəbəkə paylaşımlarında gələn linklərə daxil olmamaq.
- Cihazda qoruyucu həllərdən istifadə edin. Onlar sizi fişinq səhifəsinə keçid cəhdləri barədə xəbərdar edəcək və zərərli proqramların quraşdırılmasını önləyəcək.