Sıla Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

5 Aprel tanınmış türk müğənisi Sıla Bakı Konqres Mərkəzində möhtəşəm  konsert proqramı ilə çıxış etdi.

Konsertin təşkilatçısı — Event Office.

Güclü, təsiredici səsi və səhnə enerjisi ilə tanınan Sıla keçmişdən günümüzə ən sevilən mahnıları və möhtəşəm canlı səhnə performansı ilə musiqi sevərlərə unudulmaz bir musiqi ziyafəti yaşatdı.

Sıla pərəstişkarlarını salamlayaraq, onlara gözəl axşam arzuladı:

“Bakı, sizi çox sevirəm!  Sizlərlə bərabər olduğum üçün çox xoşbəxtəm. Bu konsert mənim üçün çox özəldi. Gecənin gözəl keçməsini ürəkdən istəyirəm” .

Tanınmış müğənni  “Ateşle oynama”, “Yan benimle”, “Ziyan”, “Yara bende”, “Sevişmeneden uyumayalım”, “Dan sonra”, “Kafa”, “Yabancı” və s. kimi hit mahnılarını səsləndirdi.

Sılanı səhnədə canlı orkestri müşayiət etdi. Gecə böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda

İtaliyanın lüks brendi “Giuseppe Ancona” Bakıda 30 iyun İtaliya Səfirliyinin Ticarət…
►►►
City Life

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim

Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim Şirkət…
►►►
City Life

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir

“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir Kino və təbiət…
►►►