Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib.

ASC-dən verilən məlumata görə, 3 gün davam edəcək Festivalda iştirak etmək istəyənlər bakucarpetfest.az saytından tədbir haqqında məlumat əldə etməklə yanaşı, qeydiyyatdan keçə bilərlər.

Tədbir çərçivəsində təşkil olunacaq Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Suallarla bağlı info@bakucarpetfest.az ünvanına müraciət etmək olar.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►