Dövlət büdcəsinin gəlirləri 5 faizdən çox artıb

2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9 562,1 milyon manat proqnoza qarşı 9 733,4 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib.

Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına əsasən, bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat, xərcləri 8 115,0 milyon manat olub, 1618,4 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►