Röya Ayxandan “Qürur” – sözün, musiqinin və hissin qovuşduğu yeni layihə

Pop kraliça Röya Ayxan yenidən musiqi gündəmini dəyişir !

Bu yaxınlarda ad gününü qeyd etməyə hazırlaşan xalq artisti sevənlərinə özəl hədiyyə olaraq “Qürur” mahnısını təqdim edib.

Onun təqdim etdiyi yeni layihə – “Qürur” adlı mahnı artıq yayımlanıb və ilk andan dinləyicilərin qəlbinə yol tapıb.

Mahnının sözləri Azərbaycanın tanınmış meyxana ustadı Balaliyəyə aiddir. Onun dərin və obrazlı ifadələri, həyatın içindən gələn misraları musiqiyə yeni nəfəs verib. “Qürur” sadəcə bir mahnı deyil – bu, daxili gücün, susub da deyiləsi çox sözün poetik ifadəsidir.

Klip çəkilmədən, yalnız bir vizualla təqdim olunan bu layihə, sadəliyin içindəki zərifliyi və emosional gücü ilə seçilir. Röyanın bənzərsiz ifası isə mahnının təsir gücünü daha da artırır.

“Qürur”u artıq bütün rəqəmsal musiqi platformalarından dinləyə bilərsiniz.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►