CinemaPlus “Komutan” filminin qəhrəmanları ilə qala gecəsi keçirib.

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında, Bakıda yerləşən Yunus Emre Fondun dəstəyi ilə filmin baş qəhrəmanları Mert Kılıç və Aslıhan Günerlə birlikdə Türkiyənin “Komutan” döyüş filminin qala gecəsi keçirilib.

Türkiyəli aktyorlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları Türk kumirlərini heyranlıqla qarşıladılar.

Film real hadisələr əsasındə çəkilib.

Rejissorlar: Selahattin Sancaklı, Mert Kılıç.

Rollarda Mert Kılıç, Aslıhan Güner, Can Kızılıtuğ və Emre Bulut.

Film haqqında qısa məlumat: Xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı “Soluk Kesen” adlandırılan dəstə necə yerinə yetirəcək?…

Tədbirin təşkilində Cinema Distribution, “MADO” restoranı, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

Qeyd edək ki, film oktyabrın 13-dən etibarən bütün “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

Bakıda ilk dəfə su üzərində unikal şou!

Bakıda ilk dəfə su üzərində unikal şou! Bakı ilk dəfə açıq havada su üzərində…
►►►
City Life

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu…
►►►
City Life

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib

“Mənim irsim danışır” respublika müsabiqəsinin final mərhələsi keçirilib Elm və…
►►►