Düzgün işıqlandırma
2022-ci il mart ayının 6-da “Buta Palace”da biznes sahəsində 2021-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimində “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC şirkəti “İlin şirkəti. İşıqlandırma sistemlərinin istehsalı” üzrə əsas mükafata layiq görüldü.

Direktor
“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC şirkəti 2016-cı ildə yaradılıb. Metal konstruksiyalar zavodu sənaye və mülki sektor obyektlərinin tikintisində istifadə üçün yüksək keyfiyyətli metal konstruksiyaların istehsalına xüsusi diqqət yetirir. Metal konstruksiyaların istehsalına texniki nəzarət şöbəsi nəzarət edir. Şöbə hər bir metal məmulatının keyfiyyətinə görə rəhbərlik qarşısında cavabdehlik daşıyır. Tapşırıqların yerinə yetirilməsinə nəzarət istehsalın hər bir mərhələsində və istehsal dövrünün hər bir bölməsinin girişində və çıxışında həyata keçirilir. Nəticədə, metal konstruksiyaların və ya hər bir fərdi məhsulun istehsalı prosesi ultrasəsdən istifadə edilərək strukturun qaynaqları və birləşmələrinin hərtərəfli nəzarəti ilə başa çatır.

Şirkətə məxsus 35 ədəd nəqliyyat vasitələri və icarə müqavilələri əsasında anbarlar vardır. Kollektivdə hazırda 140 nəfər işçi çalışır. Şirkət fəaliyyət göstərdiyi son 6 il ərzində elektrik quraşdırma və təmir-tikinti işləri gördüyü sahələrdə bir çox uğurlu layihələr icra etmişdir. Belə ki, bir neçə dövlət əhəmiyyətli müqavilələrin bağlanmasına və işlərin görülməsinə uğurla nail olmuşdur. Şirkət təcrübəli və peşəkar mühəndislərin, o cümlədən gənc və dinamik işçi heyətinin bilik və bacarıqları sayəsində istənilən böyüklükdə olan elektrik quraşdırma layihələrinin öhdəsindən asanlıqla gəlir. Əsas fəaliyyət sahəsi elektrik təchizatı, transformatorların, elektrik panellərin, quraşdırılması, binalarda elektrik quraşdırma və sazlama işləri, elektrik dirəkləri və işıqlandırma sistemləri, elektrik kabel xətlərinin quraşdırılması, təchizatı və s. ibarətdir. “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC eyni zamanda dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək, işğaldan azad olunmuş rayonlarda, abadlaşdırma və geniş şəhərsalma layihələrində uğurla iştirak edir. Görülən işin etibarlılığını və keyfiyyətini, həmçinin istehsal prosesini təyin edilmiş tələb və normalara cavab verdiyini təsdiq etmək üçün şirkət ISO 9001, 14001 və 45001 sertifikatlarını almış və mütəmadi olaraq keçirilən yoxlamaları uğurla keçərək müsbət rəy almışdır. Ofisdaxili çalışanların orta yaşı 35 olmaqla, dinamik, həllyönümlü və daim innovativ düşünən gənc və ixtisaslı kadrlardan təşkil olunmuşdur. Şirkət rəqabətli mühitdə uğurla çıxış etməklə yanaşı, həmçinin cəmiyyətə töhfə vermək üçün təcrübə proqramları da elan edir. Şirkətin əməkdaşları arasında torpaqlarımızı canları bahasına müdafiə edən əsgərlər – Birinci və İkinci Qarabağ müharibəsi veteranları da vardır.
2022-ci ilin yanvar ayında şirkət sertifikatlaşdırmadan keçərək ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi, ISO 45001:2018 İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi kimi beynəlxalq sertifikatlar almışdır. Bu sertifikatlar şirkətin nizam-intizamı, xidmət və məhsulların keyfiyyəti ilə seçildiyinin də sübutudur. Bundan əlavə, iş yerlərində təhlükəsizliyə xüsusi diqqət yetirilir, çünki insanların həyatı və sağlamlığı əsas prioritetdir.
Polad konstruksiya zavodu yüksək keyfiyyətli metal konstruksiyaların istehsalı üçün ən müasir avadanlıq və alətlərlə təchiz edilmişdir. İstehsal olunan bütün metal konstruksiyalar üçün şirkət öz üzərinə bir sıra zəmanət öhdəlikləri götürür, metal məmulatların zəmanət müddəti və zəmanətdən sonrakı texniki xidmət şərtləri birbaşa müqavilələr vasitəsilə sifarişçilərlə razılaşdırılır.


Şirkət rəhbərliyinin əsas vəzifəsi:
- sifarişlərin keyfiyyətli icrasını təmin etmək;
- metal konstruksiyaların istehsalı üçün müasir avadanlıqların istifadəsi;
- yüksək keyfiyyətli xammal və materialların istifadəsi hesabına ən son texnologiyalara uyğun istehsal olunan metal konstruksiyaların etibarlılığı və davamlılığı;
- hər bir müştəriyə fərdi yanaşma, polad konstruksiya zavodu ilə müştərilər arasında qarşılıqlı əlaqə üçün aydın prosedur;
- idarəetmə və mühəndis heyətinin peşəkarlığı, yüksək ixtisaslı və təcrübəli işçilər. “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC-nin istehsalat sexi müasir avadanlıqlarla və keyfiyyətli istehlak materialları ilə təchiz edilmişdir ki, bu da yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. Təcrübəli istehsal menecerinin rəhbərliyi altında ən yaxşı mütəxəssislər satılan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir.
Texniki şöbə və idarəetmə:
- Bacarıqlı heyət və layihə tapşırıqlarının düzgün bölüşdürülməsi müştərilərə xidmət baxımından əla nəticələr verir.
- İdarəetmə şöbəsinin təcrübəli əməkdaşları çağırışdan hazır məhsulların təhvil verilməsinə qədər layihələrə rəhbərlik edir, istənilən sualları cavablandırır.
- Nəticədə işdə ahəngdarlığa, qısa müddətdə keyfiyyətli məhsullara nail olunur.
Zavodda parkların, meydanların, küçələrin, xiyabanların, kiçik və böyük yaşayış məntəqələrində küçələrin, yolların, magistral yolların abadlaşdırılması üçün müxtəlif çeşiddə işıqlandırma dirəkləri istehsal edir. Öz istehsal bazası yüksək keyfiyyətli avadanlıq, sifarişlərə peşəkar münasibət – təklif olunan məhsulların keyfiyyətinə zəmanət deməkdir.
“Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” MMC az və orta hərəkət intensivliyi olan küçə və yolların funksional və dekorativ işıqlandırılması, həyətlərin, bəndlərin, xiyabanların, bulvarların, parkların, meydanların, bağ evlərinin, yanacaqdoldurma məntəqələrinin işıqlandırılması üçün nəzərdə tutulmuş sinklənmiş metal işıqlandırma dirəkləri istehsal edir.
Bu il ərzində şirkət tərəfindən Ağstafa rayonunun Dağkəsəmənli kəndinin elektrik təchizatı yenidən qurulub. Bundan əlavə, Bakı – Rusiya yolunda qovşaqların və turniketlərin işıqlandırılmasını təmin edib. 10 min 7 metrlik dirək, 4 min 8 metrlik dirək ve 3 min 6 metrlik dirək artıq istehsal edilərək təhvil verilmişdir.


Leyla AXUNDOVA