Münasib qiymətə keyfiyyətli məhsul

Azərbaycanda on ildən çoxdur ki, fəaliyyət göstərən “Master Tools” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizin ən nəhəng idxalçı şirkətlərindən biridir. Müştərilərini neft-qaz, tikinti, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, enerji, dağ-mədən, mühəndislik, kimya və digər sahələr üzrə lazımi avadanlıqlarla təchiz edən “Master Tools” tikinti materialları sektorunda dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir.

Bu əməkdaşlıq sayəsində bu gün dünyanın ən tanınmış brendlərinin istehsalı olan material və avadanlıqların – sənaye, elektrik, qaynaq avadanlıqları və onların ehtiyat hissələrinin, elektrik ölçü və test cihazlarının, sənaye boyalarının, kimyəvi maddələrin və digər məhsulların Azərbaycanda satışı yüksək səviyyədə təşkil olunur. İnşaat, neft və qaz sənayesində istifadə olunan bu məhsulları yerli bazara təqdim edən “Master Tools”un əməkdaşlıq etdiyi brendlər arasında “Miller”, “Bosch”, “Egesan”, “İzeltash”, “Rothenberger”, “Permolit” və s. kimi məşhur markalar var. Dünyanın ən məşhur brendlərindən biri olan “Miller”in Azərbaycandakı tək və yeganə rəsmi distribütoru olması isə “Master Tools”a beynəlxalq miqyasında göstərilən etimadın nəticəsidir. “Master Tools”un məhsullarını seçənlər ən doğru məhsulu aldıqlarına tam əmin olmalıdırlar. Çünki müştərilərin tələbatları nəzərə alınmaqla bazara çıxarılan bu məhsulların keyfiyyəti Amerika və Avropa standartlarına cavab verir. İnşaat, neft və qaz sənayesinin iştirakçılarına münasib qiymət təklif etmək şirkətin əsas prinsipidir. Sərfəli qiymət və peşəkar xidmət şirkətin fəaliyyətinin əsas prinsipləridir. “Master Tools” məhsullarını seçənlərə servis mərkəzləri vasitəsilə texniki dəstək xidməti də göstərir. Şirkət məhsul və avadanlıqlarının qızıl zəmanət verməklə müştəri məmnunluğunun daim yüksək qalmasını təmin edir. Məhz bu iş prinsipinə görədir ki, “Master Tools” Azərbaycanın neft-qaz, inşaat və sənaye sektorları üzrə ən nəhəng layihələrinin təchizatçılarından biri olmağı bacarıb.

Əhməd Rəcəbli küçəsi 203
telefon: +994124049494
mobil: +994502451567
veb-sayt: mastertools-az.com
instagram: mastertools_az
facebook: mastertoolsazerbaycan

Xəyyam GÜNƏŞLİ

Əlaqədar məqalələr
Tikinti

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi…
►►►
Tikinti

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur Füzuli şəhərinin…
►►►
Tikinti

Sahibkarlar “UzBuild 2025” sərgisinə dəvət olunur

Sahibkarlar “UzBuild 2025” sərgisinə dəvət olunur Bu ilin 25-27 fevral tarixlərində…
►►►