GƏNC ŞİRKƏTİN BÖYÜK UĞURLARI

Son illər ərzində Azərbaycanda tikinti işlərinin geniş vüsət alması bu sahə üzrə fəaliyyət göstərən şirkətlərin də sayının artmasına səbəb olub. Keyfiyyətsiz məhsulları daha keyfiyyətliləri ilə əvəz etmək məqsədilə Azərbaycan bazarına daxil olan “Green Stream International” MMC gənc şirkət olmasına baxmayaraq, say çoxluğunun müşahidə edildiyi yerli bazarda fərqlənməyi bacarıb.

Cəmi 4 il əvvəl 2018-ci ildə iki gənc iş adamı tərəfindən ortaq şəkildə yaradılan “Green Stream International” MMC Azərbaycanın tikinti bazarının ən uğurlu şirkətlərindən biri sayılır. Məhsullarının keyfiyyətinin yüksəkliyinə və qiymətlərinin münasibliyinə görə fərqlənən “Green Stream International” MMC-nin əsas profili Azərbaycanda tikinti məhsullarının, alətlərinin idxalını və distribütorluğunu həyata keçirməkdir. Rusiyanın 20 aparıcı istehsalçısının Azərbaycandakı eksklüziv distribütoru olan “Green Stream International” MMC ölkəmizə yalnız Rusiya istehsalı olan tikinti məhsullarını – izolyasiya vasitələrini, əl alətlərini, santexnika avadanlıqlarını, elektrik əşyalarını gətirərək satan yeganə müəssisədir. “Green Stream International” MMC-nin məhsulları idxal etdiyi 20 zavodun hər biri Azərbaycan üçün tam yeni brenddir. MMC bəzi brendlərin 3 ay, bəzilərinin isə 1 il ərzində Azərbaycan bazarında yer tutmasına nail olub. İlk olaraq, Rusiyanın “Novaya vısota” zavodunun nərdivanlarını Azərbaycana gətirən şirkət bununla ölkə daxilində nərdivan bazarının 35-40 faizinə sahib olub.
MMC-nin Rusiya zavodları ilə işləməyə üstünlük verməsinin əsas səbəbi həmin ölkənin zavodlarının məhsullarının keyfiyyətinin Avropa standartlarına uyğunluğu, qiymətinin çox münasib olmasıdır.
Ümumilikdə isə “Green Stream International” MMC-nin portfelində 2000-ə yaxın məhsul çeşidi var. “Green Stream International” distribütorluq fəaliyyətindən əlavə, istehsalla da məşğuldur. Şirkət hazırda nərdivan, ütü masaları, paltarların qurudulması üçün istifadə edilən asılqanlar, bel istehsal edir. MMC Azərbaycanda ilk dəfə olaraq, Rusiya istehsalı olan nərdivanlarla eyni keyfiyyətdə olan nərdivanların istehsalını da həyata keçirib ki, bu məhsullar bazarda Azərbaycan markası olan “Master Class” adı ilə satılır. Azərbaycan bazarında özünə kifayət qədər alıcı tapan həmin nərdivanların hazırda Qazaxıstana, Özbəkistana və Gürcüstana ixrac edilməsi üçün iş aparılır. Şirkət gələcəkdə yerli istehsal olan məhsullarını Avropa bazarına da çıxarmağı planlaşdırır. 2021-ci ildən artıq bazarda “Master Class” markası altında satılan penoplastlara da rast gəlinir. Həmin ilin iyun ayından penoplastın istehsalına başlayan “Green Stream International” hazırda bu məhsullarını Azərbaycan bazarında satmaqla yanaşı, Gürcüstana da ixrac edir. Yüksək keyfiyyətli bu məhsulların ixrac coğrafiyasının genişləndirilməsi üçün danışıqlar aparılır. Həm standart, həm də sifarişə uyğun olaraq, müxtəlif ölçülərdə istehsal edilə bilən penoplastlar Avropa standartlarına cavab verir. Yanmayan materiallardan hazırlanma, termal ve hidro izolyasiyalarda dəyişilə bilməmək, uzun müddət istifadə edilə bilmə xüsusiyyətinə malik olmasını “Master Class” penoplastlarını digər şirkətlər tərəfindən istehsal edilən məhsullardan fərqləndirir. Penoplastların istehsalı üçün lazım olan tam yanmayan xammal ölkəmizə Türkiyədən idxal edilir.

Yaradıldığı vaxtdan indiyədək Azərbaycan iqtisadiyyatına orta hesabla 15 milyon manata yaxın investisiya yatıran “Green Stream International” gələcək illərdə investisiyanın həcmini artırmaqla yerli istehsal sahəsini genişləndirməyi və müştərilərinə təqdim etdiyi məhsulların çeşidlərini daha da artırmağı düşünür.
Qeyd edək ki, hazırda Azərbaycanda tikinti materialları istehsalçılarının sayı az olduğuna görə həmin məhsulların 70-80 faizi ölkəyə idxal edilir. Ucuz başa gəldiyinə görə idxal edilən məhsulların böyük hissəsini Çinin keyfiyyətsiz malları təşkil edir. Bazardakı belə keyfiyyətsiz məhsulları çıxarmaq məqsədi ilə işə başlayan “Green Stream International” buna nail olmaq üçün yalnız məhsullarını yüksək keyfiyyətlə istehsal etmir, həm də Avropa standartlarına uyğun istehsal etdikləri bütün məhsullarını ucuz, başqa sözlə, Çinin keyfiyyətsiz malları ilə eyni qiymətə satır.
Şirkətin məhsullarının satışı əvvəlcədən müəyyən edilmiş marketinq strategiyası üzrə həyata keçirilir. Menecerlər vasitəsilə bütün tikinti və ticarət obyektlərindən sifarişlər toplandıqdan sonra logistika şöbəsinin əməkdaşları tərəfindən bu sifarişlərin obyektlərə daşınması təmin edilir. Bakıda olduğu kimi, regionlarda da hər bir anbarın nəzdində satış komandası var. Bu komanda vasitəsilə məhsullar dükanlarda yerləşdirilir. Fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edən “Green Stream International” MMC-nin Bakıda 2 anbarı var. Regionlardakı ən böyük anbarları Mingəçevir, Şəki, Biləsuvar və Qubadadır. Fəaliyyət göstərdiyi müddətdə şirkətin məhsullarının satış səviyyəsi hər il 2-2,5 dəfə artıb. Lakin yetərli qədər bazar payına sahib olmadığı üçün məhsullarının hazırkı satış səviyyəsi “Green Stream International” ı qane etmir. Şirkət hesab edir ki, hazırda sahib olduğu bazar payını on qat artıra bilər. Şirkətin ən əsas hədəfi keyfiyyətli məhsullar idxal edərək Azərbaycan bazarında yüksək paya sahib olmaqdır. MMC-nin yerli bazarda istehsal etmək istədiyi, eyni zamanda, Özbəkistan və Qazaxıstandan Azərbaycana idxal etmək istədiyi məhsullar var ki, şirkət bu hədəfləri hesabına bazardakı payını artıracağını düşünür.

Hazırda Qarabağda da iki istiqamət üzrə iş görən “Green Stream International” Zəngilanın Ağalı kəndinin yaxınlığında – 5 hektara yaxın torpaq sahəsində tikinti işləri apararaq orada inşaat materiallarının satış obyekti və Ağdamda erməni işğalından azad edilmiş ərazilərimizdə tikinti aparan yerli, xarici şirkətləri tikinti materialları, alətləri ilə təchiz edən korporativ satış mərkəzi tikməyi planlaşdırır. “Green Stream International”ın digər əsas hədəfi Azərbaycanda analoqu olmayan böyük bir ticarət mərkəzi tikməkdir. Hədəfinə çatmaq üçün irəliləyən şirkətin bu gün gördüyü işlər onu deməyə əsas verir ki, “Green Stream International” çox yaxın illərdə yalnız Azərbaycanın tikinti bazarının ən aparıcı qüvvələrindən biri olmayacaq. O, məhsul ixrac etdiyi ölkələrdə də “Made in Azerbaijan” brendini layiqincə təmsil edəcək.

Xəyyam GÜNƏŞLİ

Əlaqədar məqalələr
Tikinti

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb

Tikinti kərpiclərinin istehsalı 10 faizdən çox artıb Bu ilin yanvar-sentyabr aylarında…
►►►
Tikinti

Prezident İlham Əliyev cənablarının 22 illik liderliyi – Azərbaycan tikinti sektorunun yüksəlişi

Müzəffər Ali baş komandan, möhtərəm Prezident İlham Əliyev cənablarının 22 illik…
►►►
Tikinti

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir

Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir Azərbaycan məhsulları “Made in…
►►►