Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.
Dövlətimizin başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə…
Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədilib
“Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə şagirdlər xarici ekspertlər və yerli sahibkarlar tərəfindən biznes fəaliyyəti barədə məlumatlandırılıb.
Növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu…
Unibank KB ASC Cisco avadanlığının alınması ilə bağlı kotirovka elan edir
Kotirovkada iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, kotirovka komissiyasının sədri Tural Həsənovun adına göndərməlidirlər.
Zərflərin qəbulu üçün son tarix 17.11.2023-cü il,saat 12.00-dır.
Zərfdə kotirovka komissiyasının sədrini…
SOCAR prezidenti Venesuelanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
13 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.
Görüşdə…
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib
Noyabrın 10-da Nizami Kino Mərkəzində XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi baş tutub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.
Tədbirdə…
Xarici turoperatorlar Azərbaycanın ornitoloji turizm imkanları ilə tanış olublar
Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən 8-13 noyabrda Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri…
Özbəkistanla iqtisadi əlaqələr genişlənir
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi müzakirə…
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
14 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040281 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 26…
Birbank-ın “10 001 hədiyyə” lotereyasının 1-ci tirajı yekunlaşdı
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət “10 001 hədiyyə” lotereyası keçirilir. 13 noyabr tarixində lotereyanın ilk tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 030 688 karta məxsus 9 475 857 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3…
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm təsərrüfatlarına növbəti infotur təşkil olunub
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Nar vadisi”, “Tofiqoğlu bal”, “Hope Lake”, “EKO Zaqatala” “Biogarden” aqroturizm…





