Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi tamamlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.

Əlaqədar məqalələr
Tikinti

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur

Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur Füzuli şəhərinin…
►►►
Tikinti

Sahibkarlar “UzBuild 2025” sərgisinə dəvət olunur

Sahibkarlar “UzBuild 2025” sərgisinə dəvət olunur Bu ilin 25-27 fevral tarixlərində…
►►►
Tikinti

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında

Sea Breeze nüfuzlu “World Architecture Festival 2024” siyahısında Beynəlxalq Memarlıq…
►►►